Qazaxıstan parlamentinin deputatı Aydos Sarım Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
Oxu.Az-ın məlumatına görə, A.Sarım bildirib ki, ötən gün keçirilən seçkinin böyük tarixi əhəmiyyəti var:
“Çünki seçki ilk dəfə bütöv Azərbaycan ərazisində keçirildi. Fikrimcə, hamı bundan sonra Qarabağın bərpası və sülh sazişinin bağlanması istiqamətində işlər aparılmalıdır”.
O qeyd edib ki, bir çox məntəqələrdə seçki prosesini izləyiblər:
“Heç bir qayda pozuntusu müşahidə etmədik. Hər kəs aktiv şəkildə səsvermədə iştirak etdi”.
İlhamə Əbülfət
www.icra-hakimiyyeti.az