Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə “Kemp-Devid” sazişini poza bilər.
Bu barədə Misir rəsmiləri məlumat yayıblar.
“Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, – məlumatda bildirilir.
Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və İsrail arasında imzalanmış sülh müqaviləsidir. Bundan əvvəl, İsrail dövləti yaranandan bəri iki ölkə müharibə vəziyyətində olub.
Mənbə: Associated Press
www.icra-hakimiyyeti.az