“Bavariya”nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda Münhen klubunu tərk edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Florian Plettenberq xəbər verib.
Məlumata görə, getmə qərarı alman mütəxəssislə Münhen komandasının rəhbərliyi arasında “dürüst və uzun” söhbətdən sonra verilib.
Xatırladaq ki, Tuxel 2023-cü ilin martından “Bavariya”ya rəhbərlik edib, 2023/2024 mövsümündə isə Münhen komandasını Bundesliqada qələbəyə aparıb.
Bu mövsüm Bundesliqanın 22 turundan sonra “Bavariya” lider “Bayer Leverkuzen”dən 8 xal geri qalaraq, turnir cədvəlində ikinci yerdədir.
Daxili çempionatın növbəti oyununda münhenlilər doğma meydanda “RB Leypziq”lə qarşılaşacaqlar. Oyun fevralın 24-nə planlaşdırılıb.
www.icra-hakimiyyeti.az