“Regional və beynəlxalq qurum olaraq mühüm çağırışlar nöqtəsindəyik. Əminəm ki, Azərbaycan Respublikasının Milli Məclisinin sədrliyi ilə Asiya Parlament Assambleyası (APA) qarşıdakı iki ildə çiçəklənəcək və uğur qazanacaq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu APA-nın Baş katibi Məhəmməd Rza Məcidi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında deyib.
O, Azərbaycanın sədrliyini dəstəklədiyini, bunun üçün sarsılmaz öhdəliklərini ortaya qoyacaqlarına söz verib.
www.icra-hakimiyyeti.az