Rusiyanın Novosibirsk şəhərində ərzaq və metal məmulatları olan anbar yanır.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
“Yanğın yerinə 67 mütəxəssis və 20 texnika, o cümlədən yanğınsöndürmə qatarı işləyir”, – deyə idarədən bildirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
www.icra-hakimiyyeti.az