Avropa Parlamentində Azərbaycana qarşı çağırışların arxasında erməni lobbisi, diasporası, Paris – erməniləri dayanır – ZALOV İMZA TV ALYANSIN rəhbəri beynəlxalq hüquq eksperti İsmail Zalovun 02.03.2024-cü il tarixdə bəyənatı.
Xaricdə olan Azərbaycan vətəndaşları özlərini “bloger siyasətçi kimi saxta jurnalist kimi” beynəlxalq interpol axtarışında olan şəxslər Qabil Məmmədov, Tural Sadıqlı, Elşad Məmmədov, Manaf Cəlilzadə, Məhəmməd Mirzəli kimi erməni lobbisinə, diasporasına xidmət edib, Avropa parlamentinə dəstək verib Azərbaycan uğurlu siyasətinə ləkə yaxma kompaniyaları ilə məşqul olurlar.
Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsi növbəti mənasız addımdır. Bu sənəd adi bir kağız parçasıdır, artıq Avropa da bu cəfəng iddiaların heç bir hüquqi əsası olmadığını anlayır.
İsmail Zalov bəyənatında bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı çıxışların arxasında erməni lobbisi və “bloger siyasətçi kimi, saxta jurnalist kimi” beynəlxalq interpol axtarışında olan şəxslər dayanır. Onların müxtəlif vasitələrlə ələ aldıqları avropalı parlamentarilər və həmin “bloger siyasətçi kimi saxta jurnalist kimi” beynəlxalq interpol axtarışında olan şəxslər bütün sifarişləri hər hansı bir pul vəsaiti qarşılığında yerinə yetirirlər. Vətənlərini avroya satırlar və sosial şəbəkələrdə Azərbaycan xalqını təhqir edirlər. Onların qanında erməni lobbisi vardır. Bu saxta ” blogerlər” Azərbaycanın ərazi bütövlüyünün bərpa olmasını həzm edə bilmirlər. Ona görə ki, ermənipərəstlər Qarabağın azad olunması cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində baş vermişdir.
“Erməni lobbisi həmin deputatları və adları çəkilən “blogerləri” maliyyələşdirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu illərdə Avropa Parlamentinin deputatlarının Xankəndinə səfərlərini təşkil edən K.Karampetyan separatçı rejimin Aİ-də “qanuniləşdirilməsi” üçün ciddi səylər göstərirdi.
Əslən Yunanıstandan olan, Lüksemburq və Ermənistan vətəndaşlığına malik K.Karampetyan budəfəki qətnamələrin qəbulunda da xüsusi aktivlik göstərib, illərdən bəri “bəslədiyi” deputatları və “blogerləri” sənədin lehinə səs verməyə sövq edib, – deyə hüquq eksperti qeyd edib.
Hüquq eksperti vurğulayıb ki, bu oyunların arxasında Makron kimiləri, Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, sələbçi və neokolonial təfəkkürlü adamla agentlər dayanır.
Avropa parlamentində dünyaya demokratiyadan çıxışlar edilirsə nəyə görə beynəlxalq interpol axtarışında olan şəxslər həbs edilərək Azərbaycan dövlətinə təhvil verilmir.
“Makronun Ermənistanı sürətlə silahlandırmaq və paralel olaraq Azərbaycana ciddi təzyiqlər göstərərək Bakını bəlli güzəştlərə vadar etmək cəhdləri nəticə vermir. Bu səbəbdən də Fransa hakimiyyəti müxtəlif vasitələrə əl atmaq da davam edir. Emanuel Makron üçün Ermənistan yalnız Cənubi Qafqaz yox, bütün postsovet məkanında Parisin geosiyasi ambisiyalarının təminatı prosesində ciddi mərhələdir”, – deyə hüquq eksperti qeyd edib.
Sözügedən çağışırların və sənədlərin heç bir mahiyyətinin olmadığını vurğulayan İsmail Zalov bildirib ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur.
“Qərbin artıq mütləq monopoliya dövrü başa çatır, bu cür populizmin heç bir xeyri olmayacaq. Parisin Bakıya təsir imkanları minimumdur. Bu səbəbdən də E.Makron bölgədə maksimum dərəcədə intensiv və aqressiv siyasət yürütməyə can atır”, – deyə hüquq eksperti qeyd edib.
Azərbaycan dövləti hüquqi dövlətdir.
www.icra-hakimiyyeti.az