Xankəndi şəhəri ərazisindən səkkiz qumbara, yeddi avtomat və bir pulemyot tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, üç tüfəng, səkkiz qumbara, altı alışdırıcı, 30 patron darağı, 1 555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
www.icra-hakimiyyeti.az