ABŞ-nin hərbi bazalarının görüntülərini əldə edən Şimali Koreyadan daha bir həmlə

Dünya

“Pxenyan kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir. Bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır”.

Bu barədə KXDR-in Kosmik İnkişaf üzrə Dövlət Administrasiyasından xəbər verilib.

Bildirilib ki, ötən il “Malligyong-1” kəşfiyyat peykinin uğurla orbitə buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

“Bu il isə daha bir neçə buraxılış gözlənilir”, – deyə agentlikdən əlavə edilib.

Xatırladaq ki, Şimali Koreya noyabr ayında Yer orbitinə buraxılmış kəşfiyyat peykindən ABŞ-nin Sakit Okeandakı ən böyük strateji hərbi bazasının yerləşdiyi Guam adasının, həmçinin Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini əldə etmişdi.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir