İsveçrənin Tsermat dağ-xizək kurortunda qar uçqunu baş verib.
Əlverişsiz hava şəraitinə baxmayaraq dərhal xilasetmə işlərinə start verilib.
Bir neçə saatdan sonra məlum olub ki, təbii fəlakət üç nəfərin həyatına son qoyub.
Aidiyyəti qurumlar Alp dağlarında güclü külək və güclü qar yağması davam etdiyi üçün turistləri növbəti fəlakət təhlükəsi barədə xəbərdar edib.
Mənbə: The Guardian
www.icra-hakimiyyeti.az