Azərbaycanda ötən ildə dəmiryol ərazilərində zərərsizləşdirilən mina sayı AÇIQLANDI

Müharibə

2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmiryol xətlərinin keçdiyi ərazilər də daxil olmaqla 53 min hektardan çox sahə minalardan təmizlənib, 8500-dən çox mina zərərsizləşdirilib.

Bu barədə qurum məlumat yayıb.

“İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə bərpa və yenidənqurma işləri sürətlənir, soydaşlarımızın doğma yurd-yuva həsrəti getdikcə sona çatır”, – deyə məlumatda qeyd edilib.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir