Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb – FOTO

Siyasət

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Görüşdə ölkəmizdə güləş idman növünə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələrdən bəhs olunub.

“Azərbaycanda  təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris – 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq”, – paylaşımda qeyd olunub.

 

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir