Şəkidə iki avtomobil toqquşub: Xəsarət alanlar var – VİDEO

Cəmiyyət




Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala rayon sakini, 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov və Qax rayon sakini, 1978-ci il təvəllüdlü Qoqita Romikoyeviç Babacanaşvili xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.icra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir