Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb.
APA-nın məlumatına görə, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış binasının dördüncü mərtəbəsində işləyən zaman yıxılıb.
O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Vüqar Cəmayev Kəlbəcərdə yaşayış binasında usta işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
www.icra-hakimiyyeti.az