Oğuzda irigövdəli ağacın aşması nəticəsində rayonun 14 kəndini internetlə təmin edən xətlər sıradan çıxıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.
Qeyd olunur ki, yol kənarındakı irigövdəli ağac güclü yağış və külək nəticəsində aşaraq kəndləri mərkəzlə birləşdirən internet xəttini qırıb. Nəticədə Oğuz rayonunun Bayan, Qarabaldır, Kərimli, Yaqublu, Yenikənd, Zərrab, Top, Padar, Sincan, Xaçmaz, Filfilli, Çaldaş, Böyük Söyüdlü və Qarabulaq kəndlərinə internetin verilişi kəsilib.
Hazırda aşan ağacın ərazidən götürülməsi və internet xətlərinin bərpası istiqamətində işlər aparılır.
www.icra-hakimiyyeti.az