Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim “Panatinaikos”la yollarını ayırıb.
70 yaşlı F.Terim öz “Instagram” səhifəsində Yunanıstan klubundan istefa verdiyini qeyd edib.
Təcrübəli çalışdırıcı vurğulayıb ki, onun 2024-25-ci illər üçün nəzərdə tutduğu plan klub rəhbərliyinin fikirləri ilə üst-üstə düşməyib.
“Dünən rəhbərliklə bir araya gəldik və vəziyyəti qiymətləndirdik. Nəticədə peşəkar əlaqələrimizin davam etməməsinə qərar verildi”, – F.Terim qeyd edib.
Öz növbəsində “Panatinaikos” klubu da türkiyəli məşqçi ilə yolların ayrıldığına dair paylaşım edib.
www.icra-hakimiyyeti.az