Növbəti səyyar qəbul Köhnə Xaçmaz kəndində keçirilib

İCRA hakimiyyeti Sosial Tədbirlər

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Köhnə Xaçmaz kəndində növbəti səyyar qəbuunu keçirib.
Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli və Müşkür kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Elşən Xaçmazlı (Əliyev)

102-ci qəzetin bölgə redaktoru.

İcra-hakimiyyeti.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir