123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 12 avqust 2024-cü il tarixində Yevlax şəhəri Bəşir Səfəroğlu adına Xalq Teatr binasının akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi. Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, xalqımızın yaşadığı bu qürurun memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. O, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib. Yəqin ki, hər birmizin xatirindədir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində demişdir ki, Azərbaycan ərazisinin işğalı ilə heç vaxt barışmayacaq. Biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik. Məcburi köçkün soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdacaqlar. 2020-ci ilin sentyabrında Ermənistanın ölkəmizə qarşı başladığı müharibə cəmi 44 gün davam etdi. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edildi. Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və Sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam. Namizədin vəkili şəhid ailəsi-şair Ələkbər Ələsgərov, Yevlax şəhər 7 saylı orta məktəbin direktoru Ülviyyə Ağayeva və digər çıxış edənlər Parlament seçkiləri də Zəfər seçkisi olaraq müstəqillik tariximizdə əbədi qalacaq. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Kəlbəcərdə də genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri aparılır. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı getdikcə artır. Bu ünvanlardan biri də Kəlbəcər şəhəri olacaq. Əziz seçicilər, hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırıram.
İcra-hakimiyyəti.az